• Bakı 26° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

Kobaxidze: Bu saziş Trampın liderliyi sayəsində mümkün oldu

DÜNYA

11 Avqust 2025 | 16:11

Kobaxidze: Bu saziş Trampın liderliyi sayəsində mümkün oldu

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan və Ermənistanı sülh sazişinin paraflanması münasibətilə təbrik edib, onun region üçün əhəmiyyətini vurğulayıb.

Bakıvaxtı.az xəbər verir ki, Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, hökumət başçısı sənədin imzalanmasının ABŞ Prezidenti Donald Trampın liderliyi sayəsində mümkün olduğunu qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan sazişin bağlanmasına kömək etmək üçün bütün mövcud resurslardan fəal şəkildə istifadə edib.

İ.Kobaxidze jurnalistlərə bildirib ki, saziş Cənubi Qafqazda sülhün və iqtisadi rifahın möhkəmlənməsinə töhfə verəcək. O, həmçinin vurğulayıb ki, gələcəkdə ölkə regionda sülhün möhkəmləndirilməsi və rifah səviyyəsinin yüksəldilməsi üçün qonşularla birgə işi davam etdirmək niyyətindədir.


SON XƏBƏRLƏR