• Bakı 23° C

    16.11 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

KİV: Paşinyan Moskvada Putinlə görüşəcək

DÜNYA

10 Sentyabr 2025 | 15:55

KİV: Paşinyan Moskvada Putinlə görüşəcək

Sentyabrın 26-dan 30-dək Moskvada nüvə proqramları hazırlayan müxtəlif ölkələrin liderlərinin iştirak edəcəyi Dünya Atom Həftəsi keçiriləcək. Ermənistanın Baş naziri Nikol Paşinyan da bu tədbirə dəvət olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “MediaHub.am” mənbəyə istinadən məlumat yayıb.

    Nəşrin xəbərinə görə, Paşinyan bu tədbirdə iştirak etmək üçün Moskvaya gedəcək.

    Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə ayrıca görüş keçirəcəyi də bildirilir.

    Məsələ ilə əlaqədar Ermənistan Baş nazirinin Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Armen Xaçatryan saytın sorğusuna cavab olaraq bildirib ki, hökumət başçısının səfərləri barədə məlumat vaxtında verilir.


    SON XƏBƏRLƏR