• Bakı 23° C

    16.11 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Ukrayna üçün daha 1 milyard avroluq maliyyə yardımı 

DÜNYA

10 Sentyabr 2025 | 16:07

Ukrayna üçün daha 1 milyard avroluq maliyyə yardımı 

Avropa İttifaqı (Aİ) dondurulmuş Rusiya aktivlərindən əldə olunan vəsait hesabına Ukraynaya daha 1 milyard avro makro-maliyyə yardımı göndərib.

    Bakıvaxtı.az xəbər verir ki,  bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko “X”də bildirib.

    Onun sözlərinə görə, bu yardım Avropanın Rusiyanın artan raket hücumları və destabilizasiya cəhdlərinə qarşı Ukraynanın müdafiəsini və dayanıqlılığını gücləndirmək əzmindən xəbər verir.

    Sviridenko həmçinin Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenə və Komissiyanın İqtisadi və Maliyyə məsələləri üzrə vitse-prezidenti Valdis Dombrovskisə təşəkkür edib:

    “Bu vəsaitlər insanların qorunmasına, şəhərlərin bərpasına və Ukraynanın Avropa gələcəyinin təmin edilməsinə xidmət edir. Təcavüzkar cavabını alacaq. Ədalət qalib gələcək.”


    SON XƏBƏRLƏR