• Bakı 25° C

    15.67 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Tramp HƏMAS liderlərinin vurulmasını məqsədəuyğun hesab etmir

DÜNYA

10 Sentyabr 2025 | 15:15

Tramp HƏMAS liderlərinin vurulmasını məqsədəuyğun hesab etmir

ABŞ Prezidenti Donald Tramp İsrailin Qətərin paytaxtı Dohada HƏMAS liderlərini vurmasını məqsədəuyğun hesab etmir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "The Washington Post"a müsahibəsində bildirib.

"Tramp bunun İsrailin və ya ABŞ-nin maraqlarına uyğun olduğunu düşünmür və buna görə də narazıdır", - vitse-prezident deyib.

C.Vens qeyd edib ki, ABŞ-nin hazırlanan zərbədən xəbərdar olması barədə məlumatın mövcudluğuna baxmayaraq, Donald Tramp bu barədə bilmirdi.


SON XƏBƏRLƏR