• Bakı 30° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Dibçəklərdə çətənə əkirmiş...

HADİSƏ

12 Iyul 2025 | 14:53

Dibçəklərdə çətənə əkirmiş...

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 39 yaşlı Elnur Eyyubov saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

Bildirilib ki, onun həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən dibçəklərdə çətənə kolları aşkar edilib.

Fakla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Eyyubov barəsində həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR