• Bakı 28° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Yollarda təhlükəli manevrlər edən “KamAz” sürücüsü həbs edilib

HADİSƏ

11 Avqust 2025 | 11:06

Yollarda təhlükəli manevrlər edən “KamAz” sürücüsü həbs edilib

Bakı-Quba yolunda təhlükəli manevrlər edən “KamAZ” markalı, 10-LK-628 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Kamilov Şöhrət Gülmirzə oğlu həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Belə ki, sürücü stasionar postda xidmət aparan Yol Patrul Xidməti əməkdaşlarının “saxla” tələbinə qəsdən əməl etməyərək hərəkətini davam etdirib.

Bildirilib ki, sürücü saxlanılıb, yoxlama zamanı onun həmçinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşdığı müəyyən edilib.

Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmə qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.


SON XƏBƏRLƏR

10 Avqust 2025