• Bakı 16° C

    1.48 m/s

Prokurorluq əməliyyat keçirdi - DSX-nin kapitanı həbs edildi

CƏMİYYƏT

08 Dekabr 2025 | 18:10 | Müəllif: Subhan Mahmudov

Prokurorluq əməliyyat keçirdi - DSX-nin kapitanı həbs edildi

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ölkəyə dəniz yolu ilə külli miqdarda tütün məmulatları gətirilməsi ilə bağlı əməliyyat keçirib.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumata görə, əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Neftçala sahil mühafizəsinin bölmə rəisi və bölmənin nəzarətçisi saxlanılıb.

Prokurorun təqimatı əsasında kapitan Vüsal Sadıqov məhkəmə qərarı ilə həbs edilib, nəzarətçi barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

İş üzrə başqa saxlanılanların da olduğu bildirilib. Hələlik əməliyyat barədə rəsmi açıqlama yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR