• Bakı C

    7.42 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

“Tullantılar haqqında” Qanunda dəyişiklik edildi

CƏMİYYƏT

07 Yanvar 2026 | 17:40

“Tullantılar haqqında” Qanunda dəyişiklik edildi

“Tullantılar haqqında” Qanunda dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.

Dəyişikliyə əsasən, “Tullantılar haqqında” Qanunun 12-2-ci maddəsinin ikinci hissəsinin birinci və üçüncü cümlələri aşağıdakı kimi veriləcək:

Əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vahid dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq iсra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsi, həmçinin qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq vahid dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsi məsuliyyətə səbəb olur.


SON XƏBƏRLƏR