• Bakı 17° C

    2.11 m/s

Tibbi maska istehsalı 40 faizdən çox artıb

CƏMİYYƏT

07 Yanvar 2026 | 17:49

Tibbi maska istehsalı 40 faizdən çox artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda tibbi maska istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz artıb.

Bakıvaxtı.az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə ölkədə 2 milyon 450.79 min ədəd maska istehsal edilib.

2024-cü ilin yanvar-sentyabr aylarında tibbi maska istehsalı 1 milyon 741.20 min ədəd olub.

Beləliklə, 2025-ci ilin ilk doqquz ayında tibbi maska istehsalı əvvəlki ilin analoji dövrü ilə müqayisədə 709.59 min ədəd və ya təxminən 40.8 faiz artıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026