• Bakı 10° C

    10.27 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Kirayə mənzil fonduna daha 188 mənzil əlavə olundu

CƏMİYYƏT

08 Dekabr 2025 | 15:14

Kirayə mənzil fonduna daha 188 mənzil əlavə olundu

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən yaşayış kompleksində daha 207 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.

Bakıvaxtı.az Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır.

Yeni mənzillər seçim üçün dekabrın 15-i saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.

İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 8 495 kirayə müqaviləsi bağlanıb.


SON XƏBƏRLƏR