2025-ci il ərzində Azərbaycan ərazisində havanın maksimal temperaturu iyul və avqust aylarında müşahidə olunub.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, iyulun 30-31-i və avqustun 2-i Naxçıvanda və Yevlaxda, avqustun 4-ü isə Ağstafada 41 dərəcə isti qeydə alınıb.
"Minimal temperatur isə yanvar və fevral aylarında müşahidə olunub. Yanvarın 24-də Şahdağda -23, fevralın 25-də isə Kəlbəcərdə -18 dərəcə şaxta olub".
Bakı 




