• Bakı 13° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Sumqayıtda məktəbdə baş verən hadisə nəzarətə götürüldü - YENİLƏNİB

CƏMİYYƏT

06 Fevral 2026 | 12:19

Sumqayıtda məktəbdə baş verən hadisə nəzarətə götürüldü - YENİLƏNİB

Fevralın 5-ə Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdləri arasında yaranmış mübahisə zamanı biri digərinə xəsarət yetirib.

Bu barədə Bakıvaxtı.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Xəsarət alan şagirdə yerində ilkin tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Məktəbli təcili tibbi yardım xidməti vasitəsilə tibb müəssisəsinə aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hər iki şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.

***

11:15

Sumqayıt şəhərində yerləşən məktəblərin birində iki şagird arasında mübahisə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib.

    Qeyd olunub ki, faktla bağlı müvafiq ekspertiza təyin edilib, hazırda ərazi polis orqanında araşdırma aparılır.

    ***

    10:22

    Dünən saat 12:30 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi) Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

    Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

    Hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

    Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıtda yerləşən 33 nömrəli tam orta məktəbdə insdent baş verməsi ilə bağlı xəbərlər yayılıb. Belə ki, sinif yoldaşı tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü H.B. qapalı kəllə-beyin travması alıb.


    SON XƏBƏRLƏR