• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rassel Avstraliya Qran Prisinin qalibi oldu

CƏMİYYƏT

08 Mart 2026 | 11:15 | Müəllif: Zeynəb Rzayeva

Rassel Avstraliya Qran Prisinin qalibi oldu

Böyük Britaniyalı pilot Corc Rassel Formula 1 Dünya Çempionatının 2026-cı il mövsümünün ilk mərhələsi olan Avstraliya Qran Prisinin qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, yarış Melburn şəhərində baş tutub.

"Mercedes" komandasının pilotunun italiyalı komanda yoldaşı Kimi Antonelli ikinci yeri tutub. "Ferrari" komandasından monakolu Çarlz Lekler üçüncü olub. "McLaren" komandasının pilotu, hazırkı dünya çempionu Lando Norris isə yarışı beşinci pillədə başa vurub.

Dünya çempionatının ikinci mərhələsi 13–15 mart tarixlərində Çində keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026