Ötən il ərzində xarici ölkələrdən Azərbaycana repatrasiya olunmuş 37 Azərbaycan vətəndaşı müvafiq sosial xidmətlərə cəlb olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 28-i uşaq və 9-u qadındır.
Qeyd edilib ki, ölkəyə repatriasiya olunmuş Azərbaycan vətəndaşlarının cəmiyyətə reinteqrasiyası və sosial reabilitasiyasının təmin edilməsi məqsədilə də Agentlik tərəfindən kompleks tədbirlər görülür.
Bakı 




