• Bakı 10° C

    11.04 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Kommunal xidmətlərlə bağlı mühüm YENİLİK

CƏMİYYƏT

09 Dekabr 2025 | 00:12

Kommunal xidmətlərlə bağlı mühüm YENİLİK

“Azərişıq”da kommunal xidmətlərin vahid informasiya sisteminə qurulması Prezidentin sərəncamı ilə həyata keçirilməkdədir. İlkin layihələr hazırdır. Hədəf modelinin 2029-cu ildə həyata keçirilməsi nəzərdə tutulur.

Bakıvaxtı.az Bizim.media-ya istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Sultanov Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib.

“Azərenerji”də 143 obyekt artıq rəqəmsal sistemə qoşulubdur. Bunun 24-ü stansiya, 36-sı kiçik su elektrik stansiyası, biri günəş elektrik stansiyası, digərləri isə yarım stansiyalardır.

Son beş il ərzində fiberoptik kabel məsafəsi 850 kilometrdən 5000 kilometrə qədər artırılıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdəki kiçik su elektrik stansiyaları artıq tamamilə Skada sisteminə qoşulub və yaşıl enerji zonası hədəfi çərçivəsində bu istiqamətdə fəaliyyət davam edir”, - deyə nazir müavini qeyd edib.


SON XƏBƏRLƏR

08 Dekabr 2025