• Bakı C

    9.35 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Ölkəyə 8 min tabutun gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

07 Yanvar 2026 | 21:00

Ölkəyə 8 min tabutun gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycana Çindən 8 min ədəd tabutun gətirilməsi barədə sosial şəbəkələrdə yayılmış xəbərə aydınlıq gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkəyə 8 min ədəd taxta paltar sancağı gətirilib. Sadəcə, gömrük bəyannaməsində malın təsviri və 2 kodunda yol verilən texniki xəta səbəbindən paltar sancağı kimi yox, tabut kimi qeydə alınma olub.

"Çin Xalq Respublikasından idxal edilən “taxta paltar sancaqları” malı rəsmiləşdirilən zaman gömrük bəyannaməsində malın təsviri və XİF MN kodunun ilk 4 rəqəmi düzgün qeyd olunub, növbəti 5-ci və 6-cı rəqəm səviyyəsində isə texniki xətaya yol verilib".

Bildirilib ki, gömrük bəyannaməsində müvafiq düzəliş edilməklə texniki xəta aradan qaldırılıb.

Xatırladaq ki, Azərbaycana Çindən 8 min tabutun gətirilməsi ictimaiyyət arasında suallar doğurub və geniş müzakirələrə səbəb olub.


SON XƏBƏRLƏR