Göyçə gölünün səviyyəsi 1-7 dekabr 2025-ci il tarixləri arasında 1 sm azalaraq 1900,24 m (07.12.25) təşkil edib ki, bu da ötən ilin eyni günündəki səviyyədən 18 sm, 2025-ci il yanvarın 1-dəki səviyyədən isə 15 sm aşağıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd edilib ki, 2025-ci il dekabrın 1-dən 7-dək olan dövrdə Arpa-Sevan su kəməri ilə Göyçə gölünə ötürülən suyun həcmi 1,495 milyon m³, 2025-ci il yanvarın 1-dən dekabrın 7-dək tarix daxil olmaqla, 116,222 milyon m³ təşkil edib.
Bakı 



