• Bakı 10° C

    10.27 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Azərbaycan neftinin Ermənistana ilk tranzitindən rüsum tutulmayacaq

İQTİSADİYYAT

08 Dekabr 2025 | 15:17

Azərbaycan neftinin Ermənistana ilk tranzitindən rüsum tutulmayacaq

Gürcüstan Azərbaycan neft məhsullarının Ermənistana ilk tranzitinə rüsum tətbiq etməyəcək.

Bakıvaxtı.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin bəyanatında deyilir. 

“Gürcüstan hökuməti bu il dekabrın 5-də tərəfdaş ölkə kimi Azərbaycandan yanacağın tranziti ilə bağlı rəsmi müraciət alıb. Baş nazir İrakli Kobaxidzenin qərarı ilə “Gürcüstan Dəmir Yolları”na sözügedən yükün tarif tətbiq edilmədən daşınması barədə dərhal tapşırıq verilib”, - məlumatda deyilir. 

Qeyd olunub ki, Gürcüstan Azərbaycan və Ermənistanın strateji və etibarlı tərəfdaşı olub və olmaqda davam edir, həmçinin regionda sülh və sabitliyi dəstəkləyir.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda səfərdə olarkən Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan etmişdi. Bu il noyabrın 5-də Rusiya buğdası Azərbaycan üzərindən daşınmaqla Ermənistana çatdırılıb. Bundan başqa, Qazaxıstan buğdasının yüklənmiş olduğu qatarlar Azərbaycan ərazisindən keçməklə noyabrın 8-də Ermənistana çatıb.


SON XƏBƏRLƏR