• Bakı C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclası nə vaxt keçiriləcək?

İQTİSADİYYAT

07 Yanvar 2026 | 14:59

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclası nə vaxt keçiriləcək?

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclası 2026-cı ilin birinci rübünə planlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycanın Energetika Nazirliyindən bildiriblər.

"Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclasının bu ilin 1-ci rübü ərzində keçirilməsi nəzərdə tutulur. Tədbirin gündəliyinin hazırlanması ilə bağlı işlər görülür",- deyə qurumdan bildirilib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclası 4 aprel 2025-ci il tarixində keçirilib.

Cənub Qaz Dəhlizi (CQD) Xəzər regionundan Avropaya təbii qazın nəqlini təmin edir.

CQD üç əsas boru kəməri sistemindən ibarətdir: Cənubi Qafqaz Boru Kəməri (SCP), Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP).

Dəhlizin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edir və 20 milyard kubmetrədək artırıla bilər.


SON XƏBƏRLƏR