Fransa sənayesi çökməkdədir.
Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbr verir ki, bu barədə "Trendeo" tədqiqat şirkətinin 2025-ci il üçün toplanmış məlumatlarında bildirilir.
"Trendeo"nun təsisçisi Devid Kusker ölkənin yol ayrıcında olduğunu vurğulayır:
“Fransa iqtisadiyyatının dərin transformasiyası baş verir. Bu dəyişiklik, xarici şirkətlərin artan rəqabəti ilə üzləşən köhnə sektorların (ağır sənaye) tənəzzülü qarşısında yeni sənaye inqilabı sektorlarının (rəqəmsal və davamlı inkişaf) yüksəlişi ilə əlaqədardır”.
Mənfi cəhətlərdən biri də, son illərdə ölkədə fabriklərin yaradılması tempi sona çatmış kimi görünür. Qeyd olunur ki, 2021 və 2022-ci illərdəki tarixi zirvədən sonra xalis balans (yeni və bağlanmış sahələrin sayı arasındakı fərq) 2024-cü ilin sonunda mənfi 15-ə düşüb və 2025-ci ildə daha da azalaraq mənfi 63-ə enir.
"Trendeo" izah edir rekord investisiyalara baxmayaraq, fabriklərin bağlanması yeni iş yerlərinin açılmasını üstələyir. Avtomobil kimi bir çox sektorda iş yerlərinin itirilməsi halları çoxalır.
Aydın Baxış
Bakı 




