Ukrayna hərbçiləri Rusiyanın bir sıra obyektlərinə zərbələr endiriblər. Xüsusilə Rusiya Müdafiə Nazirliyinin Baş Raket-Artilleriya İdarəsinin (BRAİ) arsenalına zərbələrin endirildiyi bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Teleqram kanalında məlumat yayıb.
Baş Qərargahdan bildirilib ki, Ukraynanın Müdafiə Qüvvələrinin bölmələri Kostroma vilayətinin Neya yaşayış məntəqəsi ərazisində yerləşən BRAİ-nin 100-cü arsenalına hücum ediblər. Zərbədən sonra obyektin ərazisində yanğın baş verib.
Dəymiş ziyanın miqyası hələ dəqiqləşdirilir. İlkin məlumata görə, arsenal ərazisinə endirilən zərbələrdən sonra Rusiyada yerli əhalinin təxliyəsi elan olunub.
“Qeyd olunan obyektin sıradan çıxarılması sursat tədarükü üzrə logistika zəncirlərini ciddi şəkildə pozur, düşmənin döyüş bölmələrinin operativ imkanlarını azaldır və hücum əməliyyatlarının aparılmasını çətinləşdirir”, – deyə Baş Qərargah vurğulayıb.
Bakı 




