• Bakı C

    12.28 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

400 min hektara yaxın əkin sahəsi sığortalanıb

İQTİSADİYYAT

04 Fevral 2026 | 17:55

400 min hektara yaxın əkin sahəsi sığortalanıb

2025-ci ildə Aqrar Sığorta Fondu müxtəlif bitkiləri əhatə edən 391 min hektar əkin sahəsini sığortalayıb, fermerlərlə 56 518 sığorta müqavləsi bağlayıb.

Bakıvaxtı.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, sığortalanmış əkin sahələrinə əsasən buğda, arpa, qarğıdalı, pambıq, digər tarla bitkiləri, bostan və tərəvəz bitkiləri, meyvə bağları və texniki bitkilərin əkiln sahələri daxildir.

Sığorta müqavilələrinin sayı 2024-cü illə müqayisədə 5 %, 2023-cü illə müqayisədə isə 18 % artıb. Xatırladaq ki, 2023-cü ildə əkin sahələrinin sığortası üzrə təqribən 51 min, 2024-cü ildə isə 56,7 min sığorta müqaviləsi bağlanılmışdı.

2025-ci ildə Azərbaycanda 127 min hektar payızlıq arpa sahəsi, 200 min hektar isə payızlıq buğda sahəsi sığorta edilib.

Əkin sahələrinin sığortalanmasından 13 milyon manat aqrar sığorta haqqı toplanılıb. Bunun müqabilində sığorta müqavilələri üzrə əkin sahələrinə 577 milyon manat sığorta təminatı verilib. Əkin sahələrinə verilən sığorta təminatının məbləği 2024-cü illə müqayisədə 64 milyon manat, 2023-cü illə müqayisədə isə 71 milyon manat artıb.

Xatırladaq ki, aqrar sığorta prosesində 50%-lik dövlət dəstəyi tətbiq edilir, yəni sığorta haqqının yarısını dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər.


SON XƏBƏRLƏR