"Bəzi xəbər saytlarında Bərdə rayonunda 4 nəfərin "qida zəhərlənməsi" ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb".
Bakıvaxtı.az xəbər verir ki, bu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatda bildirilib.
"Belə ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, həmin şəxslərə "Mədə-bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu" diaqnozu qoyulub. Xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşılaşdığı üçün evə buraxılıblar", - qurumdan qeyd edilib.
***
11:57
Dekabrın 7-də saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından Bakıvaxtı.az-a verilən məlumata görə, qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***
11:08
Bərdə rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə dekabrın 7-də Xanərəb kəndində baş verib.
1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı 1968-ci il təvəllüdlü Elza Əliyeva, oğlu 1994-cü il təvəllüdlü Şəmistan Əliyev və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları evdən qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
T. Əliyevanın vəziyyətinin ağır, digərlərinin vəziyyəti qənaətbəxş olduğu bildirilir.
















