• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Məzar daşını sındırdığı üçün həbs edildi

HADİSƏ

07 Yanvar 2026 | 15:42

Məzar daşını sındırdığı üçün həbs edildi

Lənkəran rayonunda qəbiristanlıqlardan birində qəbir daşının qəsdən sındırılması barədə polisə müraciət daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 59 yaşlı Fuad Təbibzadə müəyyən edilərək saxlanılıb. Saxlanılan şəxs qəbir daşının üzərindəki şəkli məzarlıq üçün uyğun görmədiyi üçün gecə saatlarında qəsdən sındırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026