• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ağamirzənin qardaşını maşın VURDU

HADİSƏ

05 Fevral 2026 | 21:34 | Müəllif: Subhan Mahmudov

Ağamirzənin qardaşını maşın VURDU

Məşhur meyxanaçı Ağamirzə qardaşının ağır yol qəzasına düşməsi xəbəri ilə pərəstişkarlarını sarsıdıb.

Bakıvaxtı.az Yenicag.az-a istinadla xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” verilişində məlumat verib.

O, qardaşının yolu keçərkən avtomobil tərəfindən vurulduğunu və hazırda vəziyyətinin ciddi olduğunu bildirib:

“Qardaşım piyada keçidindən keçərkən avtomobil onu vurub. Hazırda xəstəxanadadır, müalicəsi davam edir. Çox ağır xəsarətlər alıb. Hadisə namaz vaxtı baş verib. Qardaşım avtomobilini yol kənarında saxlayıb, namaz qılmaq üçün qarşı tərəfə keçmək istəyərkən bu bədbəxt hadisə yaşanıb. Dünyasını dəyişsəydi, şəhid sayılacaqdı”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026