Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.
Belə ki, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “BMW” markalı nəqliyyat vasitəsinin sürücüsü R.Rəşidov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.
R.Rəşidovun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Bakı 



