Bakıda ev satmaq adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunan "Avro Qrand" MMC-nin keçmiş direktoru Xanlar Cəfərov həbsdə vəfat edib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən məhkəməyə göndərilmiş sənəddə bildirilib.
Sənəddə qeyd edilib ki, Xanlar Cəfərov bu il yanvarın 1-də müalicə olunduğu tibb müəssissində vəfat edib.
Qeyd edək ki, Xanlar Cəfərov “Avro Qrand” MMC-nin 2014-cü ildən 2019-cu ilədək direktoru vəzifəsində işləyib.
O, ötən ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan əvvəl isə 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı 




