Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 676,1 min ton avtomobil benzini istehsal edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39,2 min ton və ya 5,5% azdır. Ötən ilin birinci yarısında ölkədə 715,3 min ton avtomobil benzini istehsal olunmuşdu.
Bu ilin iyulun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 53 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,565 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2% azalıb.