Rusiya Fövqəladə Hallar Nazirliyi Moskvada “Slava” texnoparkının ərazisində yanğınla bağlı məlumatı təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə yerində fövqəladə hallar xidmətinin 45 əməkdaşı və 13 texnikası işləyir.
FHN-in məlumatına görə, ölən və yaralananlar barədə məlumat yoxdur. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.
***
15:12
Moskvada “Slava” texnoparkının ərazisindəki binada yanğın baş verib.
Bakıvaxtı.az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumatın rəsmi təsdiqi yoxdur, lakin şahidlər texnoparkın ərazisindəki inzibati binada qatı tüstünün olduğunu bildirirlər.