• Bakı 30° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Vasitəçilərsiz masada: "Səhranın sükutu"nda sülh axtarışı

SİYASƏT

12 Iyul 2025 | 11:16

Vasitəçilərsiz masada: Səhranın sükutunda sülh axtarışı

“Əbu-Dabidə Azərbaycan və Ermənistan rəhbərliyi arasında keçirilmiş görüş kifayət qədər əhəmiyyətlidir”.

Bu fikirləri Bakıvaxtı.az-a açıqlamasında politoloq Turab Rzayev bildirib.

Ekspertin sözlərinə görə, Əbu-Dabi görüşündə liderlər həm təkbətək, həm də nümayəndə heyətləri ilə birlikdə uzunmüddətli müzakirələr aparıblar:

“Həm də bu görüşdə heç bir vasitəçi yox idi. Yəni kənardan təsir göstərə biləcək qüvvə iştirak etmirdi. Tərəflər birbaşa dialoq aparırdılar. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycana təsir edəcək hansısa gücü yoxdur. Ancaq Moskvada, Vaşinqtonda və Avropada keçirilən görüşlərdə hər zaman vasitəçilər olurdu. Bakı nə qədər vasitəçilikdən imtina etsə də, kənar qüvvələr müxtəlif üsullarla prosesə müdaxilə etməyə çalışırdılar”.

Turab Rzayev, politoloq

Turab Rzayev qeyd edib ki, Rusiyanın, Fransanın, Almaniyanın və ABŞ-nin prosesdə öz maraqları və istəkləri olub ki, bu da sülh prosesinə əlavə çətinliklər yaradıb:

“Əbu-Dabi görüşündə isə ümumiyyətlə heç bir vasitəçidən və ya üçüncü ölkənin iştirakından söhbət getmir. Üstəlik, görüşdə ümumi irəliləyişin olduğu da bildirilir. Ən azından Zəngəzur dəhlizi ilə bağlı məsələnin müzakirə edildiyi məlumdur. Böyük ehtimalla, tərəflər Zəngəzur dəhlizinin Rusiyanın deyil, ABŞ-nin hər hansı özəl şirkətinin və ya Türkiyənin nəzarətində açılmasını dəstəkləyiblər”.

Politoloqun fikrincə, gündəlikdə artıq “Qarabağ erməniləri” məsələsi yer almır:

“Yəqin ki, Ermənistanda Konstitusiya dəyişikliyi ilə bağlı məsələ hərtərəfli müzakirə olunub. Bu istiqamətdə kompromisə gəlmək mümkündür. Ümumilikdə isə bu görüş sülh prosesinə töhfə verə biləcək çox mühüm bir hadisədir”.

Aydın Baxış


SON XƏBƏRLƏR

11 Iyul 2025