• Bakı 27° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

AZAL-ın Naxçıvana uçan təyyarələri marşrutu dəyişib

CƏMİYYƏT

12 Iyul 2025 | 17:51

AZAL-ın Naxçıvana uçan təyyarələri marşrutu dəyişib

 “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinin bəzi təyyarələrinin uçuş marşrutları dəyişdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Mülki Aviasiya Komitəsi “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirib.

Agentlik yazır ki, adətən Bakıdan Naxçıvana və əksinə mülki uçuşlar Ermənistanın Vayots Dzor və Geqarkunik rayonları üzərindən həyata keçirilirdi. Lakin son vaxtlar AZAL bəzi reysləri Sünik rayonu üzərindən həyata keçirməyə başlayıb.

Mülki Aviasiya Komitəsindən bildirilib ki, mülki təyyarələr üçün hava hərəkətinin təmin edilməsi beynəlxalq səviyyədə qəbul edilmiş standart və prosedurlara uyğun həyata keçirilir.

“Əlverişsiz hava şəraiti, hava gəmisinin ekipajı tərəfindən verilən sorğular, təhlükəsizlik məqsədləri üçün minimum ayırma tələbləri, eləcə də hava məkanında müvəqqəti məhdudiyyətlər kimi bir sıra amillərə görə hava gəmisinin marşrutunun dəyişdirilməsi adi və qəbul edilmiş təcrübədir”, - deyə məlumatda bildirilib.


SON XƏBƏRLƏR