• Bakı 26° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

Bakının bu ərazilərində işıq olmayacaq

CƏMİYYƏT

11 Avqust 2025 | 15:45

Bakının bu ərazilərində işıq olmayacaq

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Bakıvaxtı.az-a verilən məlumata görə, tlektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 11 avqust tarixində 35/6 kV-luq 91 saylı yarımstansiyadan qidalanan bir sıra 6 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 15:30-dan 16:30-dək Mehdiabad qəsəbəsi və Binəqədi kəndinin yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR