• Bakı 23° C

    16.11 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Uşaqlarda ağız qıcarması: Qurd xəstəliyi ilə əlaqəsi yoxdur

CƏMİYYƏT

10 Sentyabr 2025 | 15:19

Uşaqlarda ağız qıcarması: Qurd xəstəliyi ilə əlaqəsi yoxdur

Valideynlər bəzən hesab edirlər ki, uşağın ağız qıcarması qurd xəstəliyinin əlamətidir. Lakin bu doğru deyil.

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasının həkim-stomatoloqu Güney Həsənova bildirib.

Həkimin sözlərinə görə, ağız qıcarması daha çox 3–6 yaş arasında meydana çıxır və normal haldır:

“Dişlər arasında düzgün təmas formalaşmadığı üçün ağız-çənə sistemi öz-özünü uyğunlaşdırmağa çalışır. Bu proses zamanı diş sıxma və qıcırdama ola bilər. Süd dişləri dövründə diş qıcarması təbii və keçici haldır. Daim dəyişən diş vəziyyətinə görə bu hallar təkrarlana bilər, amma müalicəyə ehtiyac yoxdur. Süd dişləri dövründə diş qıcarması zamanla keçib gedir”, – deyə o bildirib.

O əlavə edib ki, gecə taxmaq üçün nəzərdə tutulan xüsusi aparatlar bu dövrdə lazım deyil:

“Valideynlər uşağı müşahidə etməli, amma narahat olmamalıdır. Əgər bu vəziyyət daimi dişlər çıxdıqdan sonra da davam edirsə, stomatoloqa müraciət etmək məsləhət görülür. Həmçinin, uşaqda stres, yuxu pozuntusu və ya gündəlik gərginlik müşahidə olunursa, psixoloqla məsləhətləşmək faydalı ola bilər”.

Mina Mikayılova


SON XƏBƏRLƏR