• Bakı 25° C

    15.67 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Dişlərin gec çıxması valideyndən uşağa keçə bilər

CƏMİYYƏT

10 Sentyabr 2025 | 15:08

Dişlərin gec çıxması valideyndən uşağa keçə bilər

Əgər valideyndə diş gec çıxıbsa, uşaqda da dişlər gec çıxa bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasının həkim-stomatoloqu Güney Həsənova bildirib.

Onun sözlərinə görə, bəzi hallarda daimi dişlər artıq hazırdır, ancaq süd dişlərinin kökləri hələ sorulmadığı üçün çıxa bilmir və damağın dərinliyində gizlənir.

Qeyd edib ki, hormon pozğunluqları, xüsusilə hipotiroidizm buna səbəb ola bilər:

“Bəzi genetik xəstəliklər, məsələn osteopetroz, uzunmüddətli dərman istifadəsi və ən əsası isə genetik faktorlar (irsi səbəblər) dişlərin çıxmasının gecikməsinə səbəb ola bilər. Valideynlərdən birinin dişləri gec çıxıbsa, uşaqda da bu halın olması normaldır”. 

Mina Mikayılova


SON XƏBƏRLƏR