Bəzən deyirlər ki, uşağın dişlərini yalnız 1 yaşından sonra fırçalamaq lazımdır. Bu, yanlışdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasının həkim-stomatoloqu Güney Həsənova bildirib.
Həkimin sözlərinə görə, ilk süd dişi çıxan gündən etibarən dişlər fırçalanmalıdır.
"Təbii ki, 6 aylıq uşaqda adi diş fırçası istifadə etmək mümkün deyil, amma bunun üçün xüsusi barmaqlıqlar mövcuddur", – deyə o əlavə edib.
Mina Mikayılova