• Bakı C

    2.26 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Samed Ağırbaş yüksək səviyyəli iqlim lideri təyin edib

COP29

24 Yanvar 2026 | 13:36

Samed Ağırbaş yüksək səviyyəli iqlim lideri təyin edib

Türkiyənin "Sıfır Atık Vakfı" sədri Samed Ağırbaş bu il Türkiyənin ev sahibliyi edəcəyi COP31 iqlim konfransında BMT-nin yüksək səviyyəli iqlim lideri təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə COP31-in prezidenti, Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum sosial şəbəkələrdə məlumat yayıb.

"Bu il Türkiyənin ev sahibliyi edəcəyi və 197 ölkənin nümayəndələrini birləşdirəcək COP31 iqlim sammitində Samed Ağırbaşın yüksək səviyyəli lider təyin olunduğunu məmnuniyyətlə bildirirəm", - deyə o yazıb.

Murat Kurum həmçinin S.Ağırbaşın COP31 prosesinin uğuruna əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.


SON XƏBƏRLƏR

23 Yanvar 2026