• Bakı C

    1.14 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Zelenski Əbu-Dabi danışıqlarını konstruktiv adlandırdı

DÜNYA

24 Yanvar 2026 | 19:46

Zelenski Əbu-Dabi danışıqlarını konstruktiv adlandırdı

Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə keçirilən üçtərəfli görüşün nəticələrini konstruktiv adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısı bu barədə “Telegram” kanalında paylaşım edib.

“Danışıqlar üç tərəfin hərbi nümayəndələrinin iştirakı ilə davam edib. Bizim tərəfimizdən Rüstəm Umerov, Kirill Budanov, Andrey Qnatov, David Araxamiya, Sergey Kıslıtsya və Vadım Skibitski var idi. Amerika tərəfindən Stiv Uitkoff, Cared Kuşner, Den Driskoll, Aleks Qrinkeviç və Coş Qrunbaum olublar. Rusiya tərəfindən isə hərbi kəşfiyyat və onların ordusunun nümayəndələri iştirak ediblər.

Müzakirələrin əsas diqqət mərkəzində müharibənin sona çatması üçün mümkün parametrlər olub. Amerikanın müharibənin sona çatması və real təhlükəsizliyin qorunması prosesinin monitorinqi və nəzarətinə ehtiyac olduğunu qəbul etməsini yüksək qiymətləndirirəm”, - deyə Zelenski vurğulayıb.

“Son bir neçə gün ərzində keçirilən görüşlərdən sonra bütün tərəflər danışıqların hər bir aspekti üzrə paytaxtlarına hesabat vermək və gələcək addımları liderləri ilə əlaqələndirmək barədə razılığa gəliblər”, - deyə Ukrayna lideri bildirib./Unikal


SON XƏBƏRLƏR