Rusiya ordusunun Kiyevə endirdiyi zərbə nəticəsində paytaxtda yerləşən “Roshen” şirkətinin konditer fabrikinə ziyan dəyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Kiyev üzrə Fövqəladə Hallar Dövlət Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, konditer fabrikinin yuxarı mərtəbəsi zədələnib. Hücum nəticəsində bir nəfər həlak olub, daha iki nəfər isə xəsarət alıb.
Bakı 




