SSRİ-nin sonuncu müdafiə sənayesi naziri Boris Belousov 91 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyi özünün Telegram kanalında məlumat verib .
Yazıda qeyd olunur ki, Belousov əvvəlcə baş mühəndis vəzifəsində çalışıb, sonra İjevsk Motosiklet Zavodunun partiya komitəsinin katibi olub, daha sonra isə Sov.İKP Udmurt vilayət komitəsinin müdafiə sənayesi şöbəsinə rəhbərlik edib və İjevsk Mexanika Zavodunun direktoru olub.
1989-cu ildən 1991-ci ilə qədər Belousov Müdafiə Sənayesi Nazirliyinə rəhbərlik edib. Daha sonra o, bu sahədə fəaliyyət göstərən Metalxim korporasiyasının prezidenti olub.
O, Oktyabr İnqilabı ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və Lenin mükafatı ilə təltif edilib./Teleqraf
Bakı 




