ABŞ-nin Nyu-York şəhərində baş verən qaz partlayışı nəticəsində çoxmərtəbəli yaşayış binasının yuxarı mərtəbələrində yanğın baş verib. Nəticədə bir nəfər ölüb, 14 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Yanğınsöndürmə xidmətinin rəisi Con Esposito bildirib ki, partlayış baş verən zaman 15-ci və 16-cı mərtəbələrdə qaz qoxusunun yayılması ilə bağlı məlumat əldə ediblər və yanğınsöndürənlər bununla bağlı məlumatları araşdırırdılar. O, təxminən 10 mənzilə ciddi ziyan dəydiyini və 16-cı və 17-ci mərtəbələrdəki 10 mənzilin yanğına məruz qaldığını bildirib.
Rəsmilər daha bir nəfərin ciddi dərəcədə ağır, beş nəfərin ağır, səkkiz nəfərin isə yüngül xəsarət aldığını bildiriblər. Binada təmir işlərinin aparıldığını və təbii qaz sisteminin quraşdırılıb sınaqdan keçirildiyini bildiriblər. Partlayışın səbəbi araşdırılır.
Bakı 




