• Bakı 30° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Ağ neft istehsalı 8%-dən çox artıb

İQTİSADİYYAT

12 Iyul 2025 | 16:03

Ağ neft istehsalı 8%-dən çox artıb

Bu ilin birinci yarısında Azərbaycanda 337,8 min ton ağ neft istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,6 min ton və ya 8,2% çoxdur. Ötən ilin yanvar-may aylarında ölkədə cəmisi 312,2 min ton ağ neft istehsal olunmuşdu.

Bu ilin iyulun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 48,4 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,565 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2% azalıb.


SON XƏBƏRLƏR