• Bakı 30° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

12 gündür itkin düşən alman turist sağ tapıldı

DÜNYA

12 Iyul 2025 | 16:44

12 gündür itkin düşən alman turist sağ tapıldı

Avstraliyanın qərbində səyahət edərkən itkin düşən 26 yaşlı Almaniya vətəndaşı Karolina Vilqa 12 günlük axtarışlardan sonra sağ tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, meşəlik və çöl ərazidə avtomobilinin nasazlığı səbəbindən yolda qalan gənc qadın təchizat azlığından dolayı ekstremal şəraitdə yaşamağa məcbur olub. O, gölməçələrdən su içərək, mağaralarda gecələyərək sağ qalmağa çalışıb. Gündüzlər isə günəşin mövqeyinə əsaslanaraq qərb istiqamətində hərəkət edib. Bu plan nəticə verib və qadın fermer onu görərək xilas edib.

Qeyd edək ki, Karolinanın valideynləri ilə əlaqəsi kəsildikdən sonra polis axtarış tədbirlərinə başlayıb. Polis onun istifadə etdiyi, 1995-ci il model “Mitsubishi” markalı mikroavtobusu yaşayış məntəqələrindən kilometrlərlə uzaqda meşəlik ərazidə tapıb.


SON XƏBƏRLƏR