• Bakı 29° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib

İDMAN

12 Iyul 2025 | 12:47

“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib

Almaniyanın “Bayer 04” klubu ABŞ millisinin futbolçusu Malik Tillmanı transfer edib.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.

Niderlandın PSV klubundan transfer edilən M.Tillman ötən mövsüm meydana çıxdığı 34 matçda 16 qola və 5 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, daha əvvəl Almaniya yığmasının aşağı yaş qruplarından ibarət komandalarında çıxış etmiş alman əsilli futbolçu 2022-ci ildən ABŞ-nin əsas millisinin formasını geyinir.


SON XƏBƏRLƏR