• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Türkiyə Superliqasında YENİLİK

İDMAN

10 Avqust 2025 | 10:59 | Müəllif: Subhan Mahmudov

Türkiyə Superliqasında YENİLİK

Türkiyə Superliqasında futbolçuların formalarında rəqəm və adlar üçün Arial şriftinin məcburi istifadəsindən imtina etmək qərarına gəlinib.

Bakıvaxtı.az xəbər verir ki, dəyişikliklər 2026/27 mövsümündən qüvvəyə minəcək.

Standart şrift çempionatda 2012-ci ildə təsbit olunub. Bir çox Avropa liqalarının bu sahədə inkişaf etmələrinə rəğmən türk azarkeşlər köhnə dizayndan narazılıqlarını bildiriblər.

Hərəkatın təşəbbüskarı sosial şəbəkələrdə “Arial şriftinə ehtiyacımız yoxdur” adlı kampaniyaya başlayan Emre adlı fanat olub. İdeya jurnalistlər, dizaynerlər və hətta siyasətçilər tərəfindən dəstəklənib: Millət vəkili Burak Akburak parlamentə sorğu göndərib.

Müzakirələr və ictimai təzyiqlərdən sonra Türkiyə Futbol Federasiyasının baş katibi Abdulla Ayaz şriftin dəyişdirilməsi ilə bağlı qərarın verildiyini təsdiqləyib.

2026/27 mövsümündən hansı şriftdən istifadə ediləcəyi barədə hələlik məlumat yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026