• Bakı 23° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

UEFA "Qarabağ"ın rəqibinin futbolçusunu 10 oyunluq cəzalandırıb

İDMAN

08 Sentyabr 2025 | 14:43

UEFA Qarabağın rəqibinin futbolçusunu 10 oyunluq cəzalandırıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqibi olan İspaniyanın "Atletik" klubunun müdafiəçisi Yeray Alvares antidopinq qaydalarını pozduğuna görə 10 aylıq diskvalifikasiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Alvares ötən mövsüm Avropa Liqasının "Mançester Yunayted"lə (İngiltərə) ilk yarımfinal oyunundan sonra dopinq testi verib və müsbət nəticə göstərib.

Onun cəza müddəti iyunun 2-dən hesablanıb. Diskvalifikasiya 2026-cı il aprelin 2-də başa çatacaq.

Qeyd edək ki, 30 yaşlı Alvares 2016-cı ildən "Atletik"də çıxış edir. O, komanda ilə 2021-ci ildə İspaniya Superkubokunu, 2024-ci ildə isə İspaniya Kubokunu qazanıb.

"Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək.


SON XƏBƏRLƏR