• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mark Qei karyerasını "Real"da davam etdirmək istəyir

İDMAN

08 Oktyabr 2025 | 09:47 | Müəllif: Əli Hüseynov

Mark Qei karyerasını "Real"da davam etdirmək istəyir

Avropanın aparıcı komandalarının heyətinə qatmağa çalışdığı İngiltərənin "Kristal Pelas" klubunun futbolçusu Mark Qei karyerasını "Real"da davam etdirmək istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məşhur insayder Florian Plettenberq məlumat yayıb.

Onun sözlərinə görə, müdafiəçi Madrid təmsilçisinin transfer üçün hər hansı bir addım atmasını gözləyir.

İngiltərənin "Liverpul", İspaniyanın "Barselona" və Almaniyanın "Bavariya" klubu da 25 yaşlı oyunçu ilə maraqlanır.

Qeyd edək ki, Mark Qeinin Premyer Liqa komandası ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026