• Bakı 19° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

Qalatasarayın ulduzuna elçi düşdülər - 40 milyon avroluq təklif

İDMAN

07 Oktyabr 2025 | 23:19

Qalatasarayın ulduzuna elçi düşdülər - 40 milyon avroluq təklif

İngiltərənin Premyer Liqa təmsilçisi West Ham United, UEFA Çempionlar Liqasında Qalatasarayın Liverpool üzərində qazandığı qələbədə parlaq çıxışı ilə diqqət çəkən Barış Alper Yılmazı transfer etmək üçün hərəkətə keçib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, West Ham United qış transfer dönəmində 25 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir və bu transfer üçün 40 milyon avro ödəməyə hazırdır. İngilis klubunun Barış Alperi hücum xəttinin sol cinahı üçün ideal seçim hesab etdiyi bildirilir.

Bu mövsüm Qalatasaray forması ilə 8 matça çıxan Barış Alper, 3 qol vurub və 4 qolun ötürməsini edib. Onun çıxışı həm Türkiyədə, həm də Avropada geniş maraq doğurub.

Qeyd edək ki, Qalatasaray yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı klubundan Barış Alper üçün gələn 40 milyon avroluq rekord təklifi rədd etmişdi. İstanbul klubu həmin vaxt "50 milyon avrodan aşağı təklif qəbul edilmir" cavabını vermişdi.

İndi isə West Ham United bu transfer üçün ciddi şəkildə hazırlaşır və danışıqların qışda rəsmi mərhələyə keçəcəyi gözlənilir./Milli.az


SON XƏBƏRLƏR

07 Oktyabr 2025