• Bakı 26° C

    0.62 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

12 günlük müharibə: Tehranda 50 nəfərə cinayət işi açıldı

DÜNYA

12 Iyul 2025 | 19:12

12 günlük müharibə: Tehranda 50 nəfərə cinayət işi açıldı

İsrailin İrana qarşı hücumu və 12 günlük hərbi qarşıdurmadan sonra sosial şəbəkələrdə "şayiə yaymaq və panika yaratmaq" ittihamı ilə Tehranda 50 nəfərə qarşı məhkəmə işi açılıb.

Bakıvaxtı.az "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə İran ədliyyəsinin sözçüsü Əsgər Cahangiri mətbuat konfransında deyib.

“Həmin şəxslər cəmiyyətdə qorxu və çaşqınlıq yaratmaq məqsədilə yalan məlumatlar paylaşmaqda ittiham olunurlar”, - Cahangiri əlavə edib.

Hazırda hüquqi proses davam edir.


SON XƏBƏRLƏR

12 Iyul 2025