"Binance" kriptovalyuta birjasının komandası ABŞ Prezidenti Donald Trampın ailəsi ilə əlaqəli "World Liberty Financial" layihəsi tərəfindən buraxılan USD1 steyblkoinin mənbə kodunu yazıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, əməkdaşlıq barədə ictimaiyyətə məlumat verilməyib.
"Binance" istifadəçilər arasında USD1-i də təbliğ edib. Birjanın nümayəndəsi bildirib ki, kriptovalyuta standart listinq prosedurundan keçib, lakin texniki iştirakla bağlı şərh verməkdən imtina edib.