Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Yuxarı Qullar kəndində 16 yaşlı yeniyetmə bıçaqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumatlara əsasən, insident iyulun 10-da baş versə də, yeniyetmə ötən gün ağır vəziyyətdə aşkarlanıb. Onun kürəyində 50-dən çox bıçaq yarasının olduğu bildirilir.
Marneulidəki xəstəxanalardan birinə yerləşdirilmiş soydaşımız komatoz vəziyyətdədir.
Hadisə ilə bağlı Yuxarı Qullar kəndindən olan 20 yaşlı gənc saxlanılıb. O, qəsdən adam öldümədə təqsirli bilinir.
Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, saxlanılan şəxs mübahisə zəminində 2009-cu il təvəllüdlü şəxsin bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Bıçaq maddi sübut kimi götürülüb. Gənci 20 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Saxlanılan gəncin yeniyetmə ilə tanış olduğu bildirilir. Kənd sakinlərinin sözlərinə görə, insident baş verən gün onları mağazada bir yerdə görüblər. Gəncin hadisəni törədərkən narkotik vasitənin təsiri altında olduğu iddia edilir.